Zaqatalada karantin qaydalarını pozan toy təşkilatçısı cərimələnib

Zaqatalada karantin qaydalarını pozan toy təşkilatçısı cərimələnib Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Hadisə
12 Avqust , 2021 11:17
Zaqatalada karantin qaydalarını pozan toy təşkilatçısı cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Bəhmətli kəndində Tərlan Cumayevə məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində müəyyən edilən say həddindən, yəni 50 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub.

T.Cumayev inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.

Son xəbərlər

Orphus sistemi