Zaqatalada karantin qaydalarını pozan toy sahibi cərimələnib

Zaqatalada karantin qaydalarını pozan toy sahibi cərimələnib Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı karantin qaydalarının pozulduğu toy mərasimi aşkarlanıb.
Hadisə
6 Dekabr , 2021 10:55
Zaqatalada karantin qaydalarını pozan toy sahibi cərimələnib
0 : 00
0 : 00

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı karantin qaydalarının pozulduğu toy mərasimi aşkarlanıb.

Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Yolayrıc kəndində Nazim Buraqova məxsus evin həyətində təşkil edilən toy mərasimində iştirak edən qonaqların əksəriyyətinin, eləcə də mərasim sahibinin COVID-19 pasportu olmadığı, masalararası məsafənin gözlənilmədiyi müəyyən edilib.

Daha sonra mərasimin qarşısı alınıb.

Aşkarlanan qayda pozuntularına görə, N.Buraqov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat məbləğində cərimələnib.

Son xəbərlər

Orphus sistemi