Zaqatalada iki avtomobil toqquşdu, xəsarət alan var

Zaqatalada iki avtomobil toqquşdu, xəsarət alan var Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Avqust , 2020 01:10
Zaqatalada iki avtomobil toqquşdu, xəsarət alan var

Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1967-ci il təvəllüdlü Mirzəyeva Tərlan Əsgər qızı bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə rayon xəstəxanasına, vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. 

Müayinə zamanı ona qabırğaların yerdəyişən sınığı diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi