Zaqatalada həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Zaqatalada həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır Zaqatala rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Aqşin Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
9 Dekabr , 2019 16:49
Zaqatalada həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Zaqatala rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Aqşin Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rəşid Hüseynovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Suvagil kənd sakini, 1982-ci il təvəllüdlü Büllurə Seyran qızı Qədirova əri Aqşin Qədir oğlu Qədirov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ər arvadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan A.Qədirov istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə ittiham verilib.

A.Qədirov və mərhum B.Qədirovanın evliliyindən üç övladları var. İlkin ehtimala görə, qətl qısqanclıq zəminində törədilib.

Son xəbərlər

Orphus sistemi