Zaqatalada fındıq oğrusunun məhkəməsi başlayır

Zaqatalada fındıq oğrusunun məhkəməsi başlayır Zaqatala rayonunda fındıq oğurlamaqda təqsirləndirilən Qabil Arıxovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
20 Noyabr , 2019 10:40
Zaqatalada fındıq oğrusunun məhkəməsi başlayır

Zaqatala rayonunda fındıq oğurlamaqda təqsirləndirilən Qabil Arıxovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilib.

Hakim Tural Həsənovun icraatında olan iş üzrə hazırlıq iclası noyabrın 28-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin sentyabr ayında baş verib.

Zaqatala Rayon Polis Şöbəsinə müraciət edən Bəhmətli kənd sakini ona məxsus evdən və həyətyanı sahədən kisələrdə olan fındıqların oğurlanması barədə məlumat verib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 126 kq fındığı oğurlayan şəxsin elə onun həmkəndlisi Qabil Arıxov olduğu müəyyən olunub.

Q.Arıxov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi