Zaqatalada fındıq bağları yanıb - FOTO

Zaqatalada fındıq bağları yanıb - FOTO Yanğın iki saat ərzində söndürülüb
Hadisə
19 Avqust , 2015 17:37
Zaqatalada fındıq bağları yanıb - FOTO

Bakı. 19 avqust. REPORT.AZ/ Zaqatala rayonu ərazisində yanğın hadisəsi baş verib. "Report" xəbər verir ki, rayonun Aşağı Tala kənd ərazisində iki hektara yaxın fındıq bağı və 4 hektar quru ot, yol kənarındakı quru kol-kos yanıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Yanğından Mühafizə xidmətinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Yanğının əhatəsinin genişlənməsinin qarşısı alınıb və yaxınlıqdakı hektarlarla fındıq bağları yanğından mühafizə olunub.

Yanğın iki saat ərzində söndürülüb.

Faktla bağlı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Yanğından Mühafizə hissəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi