Zaqatalada fermada yanğın olub, ferma sahibinə 150 min manat ziyan dəyib - FOTO

Zaqatalada fermada yanğın olub, ferma sahibinə 150 min manat ziyan dəyib - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Avqust , 2016 14:26
Zaqatalada fermada yanğın olub, ferma sahibinə 150 min manat ziyan dəyib - FOTO

Zaqatala. 12 avqust. REPORT.AZ/ Zaqatalada fermada yanğın olub, ferma sahibinə 150 min manat ziyan dəyib.

Bu barədə "Report"un Şimal-Qərb bürosunun müxbirinə ferma sahibi Sayad Qocayev məlumat verib.

Onun sözlərinə görə rayonun Əliabad qəsəbəsində yerləşən ferma anidən alışıb. Yanğın nəticəsində bir baş iribuynuzlu heyvan tələf olub, on baş iribuynuzlu heyvan isə müxtəlif yanıq xəsarətləri alıb. Tikilinin yanar konstruksiyaları və içərisində olan 10 min ədəd quru ot bağlaması yanaraq yararsız hala düşüb.

Yanğını söndürmək üçün hadisə yerinə üç yanğınsöndürən maşın cəlb olunub, alovun genişlənməsinin qarşısı alınıb, fermada olan 26 baş iribuynuzlu heyvan xilas edilib. 

S.Qocayev bildirib ki, yanğın zamanı ona 150 min manata yaxın ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi