Zaqatalada evdən kişi meyiti tapılıb - YENİLƏNİB

Zaqatalada evdən kişi meyiti tapılıb - YENİLƏNİB Zaqatala rayonunda fərdi yaşayış evində tapılan meyitin kimə məxsus olduğu açıqlanıb.
Hadisə
115
12 May , 2019 08:42
Zaqatalada evdən kişi meyiti tapılıb - YENİLƏNİB

Zaqatala rayonunda fərdi yaşayış evində tapılan meyitin kimə məxsus olduğu açıqlanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, meyit Zaqatala şəhəri, Anar Həmidov küçəsində yaşayan 1961-ci il təvəllüdlü İsayev Gəray Nəzir oğluna məxsusdur.

G.İsayevin sözügedən ünvanda tək yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 07:23

Zaqatala rayonunda fərdi yaşayış evindən yaşlı kişinin meyiti tapılıb. 

"Report"un yerli bürosunun məlumatına görə, meyit Zaqatala şəhəri, Anar Həmidov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişinin meyiti yaşadığı evdən qonşuları tərəfindən aşkarlanıb.

 Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi