Yuxarı

Zaqatalada evdən 2000 manatlıq qızıl aparıldı - VİDEO - YENİLƏNİB

Zaqatalada evdən 2000 manatlıq qızıl-zinət əşyaları aparıldı

2156

Video əlavə olunub


*** 12:14

Zaqatala rayonunda evdən, təxminən, 2 000 manatlıq qzıl-zinət əşyaları və 450 manat pul oğurlanıb. 

Bu barədə "Report" Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin Qax rayonunun Qaxingiloy kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ziviadi Zurabaşvili və Dima Lomaşvili olduqları müəyyən olunub. Onlardan Z.Zurabaşvilinin yeri müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla məlum olub ki, oğurluğu edən şəxslərin evə daxil olmasında zərərçəkmişin qohumu Şükufə Hacıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan D.Lomaşvilinin qardaşı Eristo Lomaşvili “yardımçı” olublar. 

Belə ki, Ş.Hacıyeva ev sahiblərinin evdə olmaması barədə E.Lomaşviliyə məlumat verib. Sonuncu isə məlumatı həmin vaxt bir yerdə olduqları Z.Zurabaşvili və D.Lomaşviliyə ötürdüyü, bundan sonra onların həmin evə qanunsuz daxil olduqları məlum olub. Ş.Hacıyeva və E.Lomaşvili də polis əməkdaşları tərəfindən saxlanılıb. Oğurladıqları qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə Qax rayonunda yerləşən zərgərlik mağazasına satdıqları müəyyən edilib və həmin qızıl-zinət əşyası maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi