Zaqatalada dağlıq ərazidə yanğın baş verib

Zaqatalada dağlıq ərazidə yanğın baş verib Zaqatala rayonunda dağlıq-meşəlik ərazi yanıb.
Hadisə
6 Dekabr , 2021 21:06
Zaqatalada dağlıq ərazidə yanğın baş verib
0 : 00
0 : 00

Zaqatala rayonunda dağlıq-meşəlik ərazi yanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi bu gün axşam saatlarında rayonun Car kəndi inzibati ərazisinə aid olan hissədə baş verib.

Dərhal yanğın olan əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Rayon Meşə Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb və yanğın söndürülüb.

Yanğının nə qədər ərazini əhatə etməsi hələki məlum deyil.

Son xəbərlər

Orphus sistemi