Zaqatalada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, Zaqatala-Muğanlı avtomobil yolunda, Üçüncü Tala kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı Üçüncü Tala kənd sakinləri - 1954-cü il təvəllüdlü Abdullayeva Sevil Rəsul qızı, onun oğlu, 1978-ci il təvəllüdlü Abdullayev Vüsal Ziyad oğlu və nəvəsi 2011-ci il təvəllüdlü Abdullayev Ziyad Vüsal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.
Faktla baglı araşdırma aparılır.