Zaqatalada 67 yaşlı qadını maşın vurub

Zaqatalada 67 yaşlı qadını maşın vurub Zaqatala. 25 noyabr. REPORT.AZ/ Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
25 Noyabr , 2018 14:18
Zaqatalada 67 yaşlı qadını maşın vurub

Zaqatala. 25 noyabr. REPORT.AZ/ Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 11:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 127-ci kilometrliyində, rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun 1995-ci il təvəllüdlü Aşağı Tala kənd sakini Hüseynzadə Mehman Məzahir oğlu idarə etdiyi “VAZ-2103” markalı minik avtomobili ilə yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Abdullayeva Hürü Məmmədvəli qızını vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qaın Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən “Report”a bildirilib ki, H.Abdullayevaya oturaq sümüklərinin və hər iki bud sümüyünün sınığı diaqnozu qoyulub. Daha sonra yaralının müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi qərara alınıb.

Bu, sözügedən ərazidə son iki həftə ərzində ikinci piyada vurulması hadisəsidir. Noyabr ayının 14-ü axşam saatlarında da eyni ərazidə yolu keçən rayonun 22 yaşlı Yuxarı Tala kənd sakini Həmzəyeva Məryəm Nəriman qızını Şabanov Oruc Abdulməcid oğlunun idarə etdiyi “Naz-Lifan” markalı avtomobil vurmuşdu.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi