Zaqatalada 67 yaşlı motosikletçi yol qəzasında ağır xəsarət alıb

Zaqatalada 67 yaşlı motosikletçi yol qəzasında ağır xəsarət alıb Zaqatala rayonunda 67 yaşlı motosikletçinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Fevral , 2023 05:56
Zaqatalada 67 yaşlı motosikletçi yol qəzasında ağır xəsarət alıb

Zaqatala rayonunda 67 yaşlı motosikletçinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Danaçı kəndində 1956-cı il təvəllüdlü Makarov Mohiddin Əhməd oğlunun idarə etdiyi motosiklet digər nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı ağır xəsarət alan M.Makarov əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi