Zaqatalada 50 yaşlı kişi özünü asıb

Zaqatalada 50 yaşlı kişi özünü asıb Süleyman Xəlilovun hansı səbəbdən intihar etməsi məlum deyil
Hadisə
18 Dekabr , 2016 21:58
Zaqatalada 50 yaşlı kişi özünü asıb

Zaqatala. 18 dekabr. REPORT.AZ / Zaqatalada intihar hadisəsi baş verib.

"Report" un şimal-qərb bürosunun məlumatına görə hadisə bu gün axşam saatlarında rayonun Yuxarı Çardaqlar kəndində baş verib.

Kənd sakini, 50 yaşlı Süleyman Xəlilovun asılı vəziyyətdə qalmış meyiti yaşadığı evin zirzəmisində yaxınları tərəfindən aşkar edilib.

Süleyman Xəlilovun hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi