Zaqatalada 43 yaşlı kişi şabalıd ağacından yıxılaraq iflic olub

Zaqatalada 43 yaşlı kişi şabalıd ağacından yıxılaraq iflic olub Zaqatala. 20 sentyabr. REPORT.AZ/ Zaqatala rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
20 Sentyabr , 2018 13:34
Zaqatalada 43 yaşlı kişi şabalıd ağacından yıxılaraq iflic olub
0 : 00
0 : 00

Zaqatala. 20 sentyabr. REPORT.AZ/ Zaqatala rayonunda bədbəxt hadisə baş verib. 

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Car kənd sakini, 1975-ci il təvəllüdlü Rasim Əhməd oğlu Kamalov şabalıd ağacından yıxılıb.

O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Kamalova 11-ci bel fəqərəsinin qəlpəli yerdəyişən sınığı və aşağı ətrafların iflici diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 

Son xəbərlər

Orphus sistemi