Zaqatalada 4-cü sinif şagirdinin ölümü ailənin ikinci faciəsidir - VİDEO

Zaqatalada 4-cü sinif şagirdinin ölümü ailənin ikinci faciəsidir - VİDEO Zaqatala. 1 mart. REPORT.AZ/ “11 yaşlı Hafiz Məmmədov intiharın yox, ehtiyatsızlığın qurbanı olub. Bu hadisənin intiharla heç bir əlaqəsi yoxdur”.
Hadisə
2040
1 Mart , 2018 18:46
Zaqatalada 4-cü sinif şagirdinin ölümü ailənin ikinci faciəsidir - VİDEO

Zaqatala. 1 mart. REPORT.AZ/ “11 yaşlı Hafiz Məmmədov intiharın yox, ehtiyatsızlığın qurbanı olub. Bu hadisənin intiharla heç bir əlaqəsi yoxdur”.

Bunu “Report”un Şimal-qərb bürosuna ehtiyatsızlıqdan dünyasını dəyişən, rayonun Muxax kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun əmisi Əhməd Məmmədov deyib.

O bildirib ki, Zaqatala rayonunda baş verən hadisə zamanı yelləncəyin kəndiri 11 yaşlı Hafizin boğazına dolaşıb və yeniyetmə boğularaq ölüb:  "Hafiz kəndiri yelləncək düzəltəmək məqsədi ilə çardaqdan asıb və halqa şəkildə olan kəndirə oturaraq yellənərkən kəndir onun boğazına dolaşıb.

H.Məmmədovun atasının əmisi, ailənin ağsaqqalı Mollaçı Hacıömərov bildirib ki, bu, ailədə baş verən ikinci bədbəxt hadisədir: “Ola bilməz ki, Hafiz intihar etsin. Bu, sadəcə, bədbəxt hadisədir. O, uşaqdır, ehtiyatsızlığın qurbanı olub. Bir neçə il bundan əvvəl Hafizin bacısının üzərinə qaynar su ilə dolu olan çaydan aşmışdı, uşaq ağır dərəcəli yanıq xəsarətləri alaraq vəfat etdi”.

Qeyd edək ki, H.Məmmədov Muxax kənd 2 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi olub.

Onun ibtidai sinif müəlliminin sözlərinə görə, H.Məmmədov əlaçı və tərbiyəli şagird olub: “Bundan başqa, Hafizin yaxşı əl qabiliyyəti də var idi. O taxta parçasından müxtəlif əşyalar hazırlayırdı”.

Son xəbərlər

Orphus sistemi