Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub.
Azərbaycan
*** 11:55
Zaqatalada 4,9 ballıq zəlzələ olub.
Azərbaycan
Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu yeraltı təkanlar Tbilisi daxil olmaqla, bütün Gürcüstan ərazisində hiss olunub. Zəlzələnin dağıntılara səbəb olması barədə hələ məlumat yoxdur.
*** 11:44
Qaxda zəlzələ olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə bugün səhər saat 11-35-də Qax rayonu ərazisində zəlzələ olub.
Yerli sakinlərin sözlərinə görə yeraltı təkanlar bir dəfə hiss olunub.
Zəlzələ Qax şəhərində və ətraf kəndlərdə hiss olunub.


