Zaqatala rayonunda 38 yaşlı kişi evdə ölü tapılıb.
"Report" xəbər verir ki, hadisə şəhərin Mikayıl Müşviq küçəsi, ev 26 ünvanında qeydə alınıb.
Belə ki, Zaqatala Rayon Polis Şöbəsindən rayon prokurorluğuna 1986-cı il təvəllüdlü Rəşad Qurbanovun yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, R.Qurbanov yuyunmaq üçün axımlı su qızdırıcısının quraşdırıldığı hamam otağına keçib, həmin gün saat 06:30 radələrində hamam otağında atası Fərhad Qurbanov tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.