Zaqatalada baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyən edilib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, qəzada xəsarət alan şəxslər bunlardır:
“Mercedes”in sürücüsü, 1963-cü il təvəllüdlü Zaqatala rayon Zəyəm kənd sakini İsmayılov Xudaverdi Oruc oğlu;
“Niva”nın sərnişini, 1978-ci il təvəllüdlü Əhmədova Zümrüd Mustafa qızı;
“Niva”nın sərnişini, 1987-ci il təvəllüdlü Şəhla Şəmsəddin qızı;
İnkassator maşınının sürücüsü, 1980-ci il təvəllüdlü Yevlax rayon sakini Süleymanov Elşən Araz oğlu;
İnkassator maşınının sürücüsü, 1986-cı il təvəllüdlü Allahverdiyev Şükür Elxan oğlu.
Eyni zamanda, qəza nəticəsində daha iki azyaşlı da xəsarət alıb.
Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Şimal-qərb bütosunun məlumatına görə, hadisə rayonun Muxax kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes", "Niva", həmçinin inkassator maşınlarının toqquşması nəticəsində "Niva"nın sürücüsü, 1959-cu il təvəllüdlü Şəmsəddin Şahmur oğlu Yunusov ölüb.
Qəza zamanı 7 nəfərin xəsarət aldığı, onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilib.

