Zaqatalada 2 tondan artıq narkotik vasitə məhv edilib

Zaqatalada 2 tondan artıq narkotik vasitə məhv edilib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsi və  Zaqatala  Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri  əməliyyat tədbirləri nəticəsində rayonun Mosul kəndində yabanı halda bitən narkotik tərkibl
Hadisə
964
18 İyul , 2020 12:00
Zaqatalada 2 tondan artıq narkotik vasitə məhv edilib

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsi və  Zaqatala  Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri  əməliyyat tədbirləri nəticəsində rayonun Mosul kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 2 tondan artıq olan 6 285 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi