​Zaqatalada 13 yaşlı velosipedçini maşın vuraraq öldürüb

​Zaqatalada 13 yaşlı velosipedçini maşın vuraraq öldürüb Qəzanı 21 yaşlı yerli sakin törədib
Hadisə
2 İyul , 2015 01:26
​Zaqatalada 13 yaşlı velosipedçini maşın vuraraq öldürüb

Bakı. 2 İyul. REPORT.AZ/ Bu gün axşam saatlarında Zaqatalada velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza rayonun Üçüncü Tala kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 21 yaşlı Orxan Oruc oğlu Musayev idarə etdiyi "VAZ 2104" markalı "62 RX 089" dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və yol ilə hərəkət edən velosipedçi, Zaqatala şəhər sakini 13 yaşlı Hacı Rövşən oğlu Mehtiyevi vurub.

Nəticədə müxtəlif bədən xəsarətləri alan uşaq Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı xəstəxanaya daxil olduqdan sonra bütün göstərilən müdaxilələrə baxmayaraq aldığı ağır bədən xəsarətlərindən ölüb.

Faktla bağlı Zaqatala rayon Polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi