​Zaqatala və Şəmkir rayonlarında yanğın hadisələri baş verib

​Zaqatala və Şəmkir rayonlarında yanğın hadisələri baş verib Yanğın vətəndaşlara məxsus tikililərdə qeydə alınıb
Hadisə
4 Yanvar , 2015 22:05
​Zaqatala və Şəmkir rayonlarında yanğın hadisələri baş verib
Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycanın Zaqatala və Şəmkir rayonları ərazisində vətəndaşlara məxsus tikililərdə yanğın hadisələri qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilk yanğın hadisəsi Şəmkirin Zəyəm qəsəbəsində vətəndaşa məxsus yardımçı tikilidə baş verib.

Nəticədə obyektin yanar konstruksiyaları yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər yanğın Zaqatala rayonunun Car kəndində rayon mərkəzindən 4 km aralıda qeydə alınıb. Vətəndaşa məxsus yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi