“Zaminbank”ın keçmiş filial müdirinin məhkəməsində şahid ifadə verib

“Zaminbank”ın keçmiş filial müdirinin məhkəməsində şahid ifadə verib Məhkəmənin növbəti iclası sentyabrın 1-nə təyin edilib
Hadisə
25 Avqust , 2016 19:05
“Zaminbank”ın keçmiş filial müdirinin məhkəməsində şahid ifadə verib

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu barədə "Report"a vəkil İradə Cavadova məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid Mübariz Əzizov ifadə verib: "Lerik rayon sakini olan Mübariz Əzizov bildirib ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə “Zaminbank" ona 10 min manat kredit ayırıb. O, Lerik rayonunda 2 hektar torpaq sahəsinin olduğunu qeyd edib. Kredit almaqla bağlı sənədləri Müşfiq Bayramova verib və başqa bir şəxs həmin sənədləri geri qaytarıb. Bundan sonra həmin vətəndaş banka yaxınlaşanda onun adına kredit açıldığını söyləyib. M.Əzizov bu barədə Müşfiq Bayramovdan soruşub. M.Bayramov isə ona bildirib ki, "sənədlər bankın baş ofisinə göndərilib, baş ofis də fonda göndərib".

Məhkəmənin növbəti iclası sentyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, “Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş M.Bayramov sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda - 41 min 300 manat pulu mənimsəməkdə təqsirli bilinir.

O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi