Yuxarı
    Bağlamaq

    Zakir Qaralov: “RYTN-nin vəzifəli şəxslərinin dövlətə vurduğu 18 milyon 778 min manat ziyanın ödənilməsi təmin edilib”

    Dövlət və özəl sektorun 313 vəzifəli şəxsi barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib

    Bakı. 6 yanvar. REPORT.AZ/ “Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi dövlət və özəl sektorun 313 vəzifəli şəxsi barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərib”.

    “Report” xəbər verir ki, bunu Baş Prokurorluqda 2016-cı ildə prokurorluq orqanları tərəfindən görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov deyib.

    O bildirib ki, həmin işlər üzrə vurulan 202 milyon 430 min manat maddi ziyandan 31 milyon 752 min manatının ödənilməsi təmin edilib, 78 milyon 283 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

    Z.Qaralov eyni zamanda qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) vəzifəli şəxslərinin dövlət əmlakının mənimsənilməsi və digər qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq 11 vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Vurulmuş ziyanın 18 milyon 778 min manatının ödənilməsi təmin edilib, 66 milyon 985 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi