"Qadın və uşaqların hüquqlarını müdafiə edən bəzi qeyri-hökmət təşkilatları Baş Prokurorluğa AXCP-nin keçmiş sədr müavini Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi işgəncələr, iztirablar, ağır xəsarətlər yetirilməsi ilə bağlı onun cinayət məsuliyyətinə cəlb olunması üçün müraciət ediblər".
"Report"un xəbərinə görə, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin müraciət hazırda
"Xüsusilə onu vurğulamaq istərdim ki, bu gün özünü müxalifət adlandıran, özlərini vətəndaşların hüquqlarının müdafiəsi kimi cəmiyyətə təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz, vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar. Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərliyinin də bundan xəbəri olub və təəssüflər olsun ki, onlar da vaxtında heç bir tədbir görməyib, heç bir məlumat verməyiblər", - Z.Qaralov bildirib.