Zakir Qaralov: "MTN işi" 130 epizod üzrə araşdırılır, 65 nəfər zərər çəkmiş şəxs qismində tanınıb"

Zakir Qaralov: "MTN işi" 130 epizod üzrə araşdırılır, 65 nəfər zərər çəkmiş şəxs qismində tanınıb" Baş prokuror: "Zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür"
Hadisə
5 Fevral , 2016 18:24
Zakir Qaralov: MTN işi 130 epizod üzrə araşdırılır, 65 nəfər zərər çəkmiş şəxs qismində tanınıb

Bakı. 5 fevral. REPORT.AZ/ "MTN işi 130 epizod üzrə araşdırılır, cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərər çəkmiş şəxs qismində tanınıb".

"Report" xəbər verir ki, bunu fevralın 5-də Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasıında baş prokuror Zakir Qaralov deyib. 

O qeyd edib ki, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin müvafiq strukturlarında sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələbləri pozulmaqla telefon danışıqlarının dinlənilməsi və yol verilmiş digər qanunsuzluqlarla bağlı 17 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İş üzrə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilmiş, onlardan 20 şəxs barəsində həbs qətimkan tədbiri və 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə istintaqdan yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Hazırda ayrı-ayrı vətəndaşlardan daxil olan yeni müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi