Zakir Qaralov: "Daxili işlər və prokurorluq orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 188 cinayətin üstü açılıb"

Zakir Qaralov: "Daxili işlər və prokurorluq orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 188 cinayətin üstü açılıb" Bakı. 30 iyul. REPORT.AZ/ Profilaktiki işin gücləndirilməsinin və kriminogen durumun daim nəzarətdə saxlanılmasının nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət meyllər bu ilin ilk 6 ayında daha da yaxşılaşaraq, cinayətlərin sayı 3,4 faiz, o cümlədən ağır və xüsusilə ağır növlər 28,6, qəsdən sağlamlığa ağır zərər vurmalar 2,9, mülkiyyət əleyhinə olan cinayətlər 14, onlardan oğurluqlar 7,1, quldurluqlar 12,7, yol-nəqliyyat hadisələri 5, qəzalarda həlak olanların sayı isə 1,3, xəsarət alanların sayı isə 8,3 faiz azalıb.
Hadisə
30 İyul , 2018 17:00
Zakir Qaralov: Daxili işlər və prokurorluq orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 188 cinayətin üstü açılıb

Bakı. 30 iyul. REPORT.AZ/ Profilaktiki işin gücləndirilməsinin və kriminogen durumun daim nəzarətdə saxlanılmasının nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət meyllər bu ilin ilk 6 ayında daha da yaxşılaşaraq, cinayətlərin sayı 3,4 faiz, o cümlədən ağır və xüsusilə ağır növlər 28,6, qəsdən sağlamlığa ağır zərər vurmalar 2,9, mülkiyyət əleyhinə olan cinayətlər 14, onlardan oğurluqlar 7,1, quldurluqlar 12,7, yol-nəqliyyat hadisələri 5, qəzalarda həlak olanların sayı isə 1,3, xəsarət alanların sayı isə 8,3 faiz azalıb.

“Report”un xəbərinə görə, bu barədə Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov məlumat verib.

O bildirib ki, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətlərin açılması yaxşılaşaraq 86,4 faiz təşkil edib. O cümlədən, 2017-ci ilin 6 ayı ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin açılması 2,1, şəxsiyyət əleyhinə cinayətlərin açılması 0,6, adam öldürməyə cəhdlərin açılması 1,8, mənzil oğurluqlarının açılması 2,6 və avtonəqliyyatın qaçırılması cinayətlərinin açılması 12,8 faiz artıb. Daxili işlər və prokurorluq orqanları tərəfindən birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 188 cinayətin üstü açılıb.

Son xəbərlər

Orphus sistemi