Ağdam sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Ağdam sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB Ağdam. 7 fevral. REPORT.AZ/ Ağdam rayonunda elektrik enerjisinin vurması nəticəsində ölən şəxsin adı məlum olub.
Hadisə
7 Fevral , 2019 21:30
Ağdam sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Ağdam. 7 fevral. REPORT.AZ/ Ağdam rayonunda elektrik enerjisinin vurması nəticəsində ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini, 47 yaşlı Zahid Nağıyev elektrik transformatorunda təmir-bərpa işləri apararkən cərəyan onu vurub. O, xəstəxanaya çatdırılsa da, həkimlər Z.Nağıyevin həyatını xilas edə bilməyib.

Qeyd edək ki, Z.Nağıyev Ağdam rayon Sukanal İdarəsinin işçisi olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


*** 19:51

Ağdam. 7 fevral. REPORT.AZ/ Ağdam rayon sakinini elektrik cərəyanı vurraraq öldürüb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Eyvazlı kəndində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan yerli sakini naməlum şəraitdə elektrik enerjisi vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Daha əvvəl Ağdam rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. 

Son xəbərlər

Orphus sistemi