Zabratda yolu keçmək istəyən iki qadını maşın vurub

Zabratda yolu keçmək istəyən iki qadını maşın vurub Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib
Hadisə
8 Dekabr , 2017 07:50
Zabratda yolu keçmək istəyən iki qadını maşın vurub

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda iki qadını avtomobil vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Zabrat qəsəbəsində baş verib.

Zabrat dairəsi kimi tanınan ərazidən keçən 1979-cu il təvəllüdlü Tanrıverdiyeva Mətanət Mehdiqulu qızı və 1975-ci il təvəllüdlü Bağırova Fatma Ramiz qızını minik avtomobili vurub. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi