Zabratda yaşlı kişi tanışı tərəfindən döyülüb

Zabratda yaşlı kişi tanışı tərəfindən döyülüb Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
2 Oktyabr , 2017 02:18
Zabratda yaşlı kişi tanışı tərəfindən döyülüb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 1 nəfərin döyülməsi ilə nəticələnən hadisə baş verib.

"Report" xəbər verir ki, 1964-cü il təvəllüdlü Çobanov Azər Oruc oğlu Zabrat qəsəbəsində tanışı ilə mübahisə edib və nəticədə döyülüb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, A.Çobanov kəllə-beyin travması alıb. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi