Zabratda piyadanı maşın vurub

Zabratda piyadanı maşın vurub Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
15 İyun , 2019 22:37
Zabratda piyadanı maşın vurub

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2005-ci il təvəllüdlü Bayramov Elmuraz Rafiq oğlu Zabrat qəsəbəsində məscidin yanında yolu keçərkən onu maşın vurub.

Hadisəni törədən sürücü yaralını dərhal 3 saylı Klinik Tibbi Mərkəzə çatdırıb. Xəstəyə kəllə-beyin travması diaqnozu qoyulub. Yaralı daha sonra Neyro-Cərrahiyə Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağırdır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi