Zabratda gənci avtomobil vurdu

Zabratda gənci avtomobil vurdu Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.
Hadisə
27 May , 2020 03:32
Zabratda gənci avtomobil vurdu

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.

“Report” xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

1991-ci il təvəllüdlü Yusifli Məhəmmədəli Mehman oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi