Zabratda avtomobilin vurduğu yeniyetmə reanimasiyaya yerləşdirilib

Zabratda avtomobilin vurduğu yeniyetmə reanimasiyaya yerləşdirilib Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
6 Fevral , 2022 08:13
Zabratda avtomobilin vurduğu yeniyetmə reanimasiyaya yerləşdirilib
Courtesy İmage

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində yolu keçən 2007-ci il təvəllüdlü Əliyev Elnur Zaur oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı və qapalı kəllə-beyin travması diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi