Zabratda avtobusun daşa basılması nəticəsində bir sərnişin xəsarət alıb

Zabratda avtobusun daşa basılması nəticəsində bir sərnişin xəsarət alıb O, ilkin yardım göstərildikdən sonra evə buraxılıb
Hadisə
171
2 Fevral , 2018 08:12
Zabratda avtobusun daşa basılması nəticəsində bir sərnişin xəsarət alıb

Bakı. 2 fevral. REPORT.AZ/ Bakının Sabunçu rayonunda sərnişin avtobusunun daşa basılması nəticəsində bir sərnişin ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, Zabrat qəsəbəsi istiqamətində hərəkət edən 198 saylı sərnişin avtobusuna naməlum şəxs və ya şəxslər tərəfindən bir neçə daş atılıb.

Sonuncu atılan daş avtobusun şüşəsini qıraraq nəqliyyat vasitəsinin sağ tərəfində əyləşən 52 yaşlı Bayramov Şakir Ağaqulu oğlunun baş və göz nahiyələrinə dəyib. Nəticədə qaş və cənə nahiyəsindən xəsarət alan sərnişin 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Orada müayinə edilən Ş.Bayramovun göz nahiyəsinə şüşə batdığı məlum olub. O, Z.Əliyeva adına Göz Klinikasına göndərilib. Göz Xəstəxanasında müayinədən keçirilən Ş.Bayramovun ciddi xəsarəti olmadığı aşkarlanıb. O, ilkin yardım göstərildikdən sonra evə buraxılıb. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi