Yuxarı

Zərdab sakinini Bakıda bıçaqlayan şəxs tapılıb

Faktla bağlı cinayət işi başlanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Zərdab rayon sakini 1976-cı il təvəllüdlü Qurbanov Ədalət Ağasif oğlunu Bakının Binəqədi rayonu ərazisində bıçaqlayan şəxs  saxlanılıb. Binəqədi rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Hüseyn Babayev tutulub.

Hadisənin şəxsi münaqişə zəminində törədildiyi bildirilir. 

Xatırladaq ki, hadisə Rəsulzadə qəsəbəsindəki "Zəngəzur" restoranının yaxınlığında baş verib. Hadisə zamanı yaralanan yaralı ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb.  Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi