Əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayonunun Bıçaqçı kəndinin “Yuxarı bağ” adlanan ərazisində sayı 2900 ədəd, çəkisi 4 ton 307 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilib.
Zərdab rayonunda 4 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilib
Hadisə
302
29 Avqust , 2014
09:36


Bakı. 29 avqust. REPORT.AZ/ Zərdab rayon Polis Şöbəsi əməkdaşları tərəfindən “Xaş-xaş 2014” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq əməliyyat-axtarış tədbirləri keçirilib. Report-un xəbərinə görə, bununla bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
İngilis versiyası
More than 4 ton hemp plant destroyed in Zardab
Son xəbərlər
