Yuyucu maddələrin saxta istehsalı ilə məşğul olan şəxslər barəsində cinayət işi başlanıb

Yuyucu maddələrin saxta istehsalı ilə məşğul olan şəxslər barəsində cinayət işi başlanıb ​Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib
Hadisə
9 Mart , 2016 18:15
Yuyucu maddələrin saxta istehsalı ilə məşğul olan şəxslər barəsində cinayət işi başlanıb

Bakı. 9 mart. REPORT.AZ/ “Alafarah LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bir sıra yuyucu maddələrin saxta istehsalına dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı cəmiyyətin vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özləri və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə insan sağlamlığı üçün ziyanlı maddələrdən istifadə olunmaqla mövcud standartların tələblərinə uyğun gəlməyən ölçüdə və çəkidə, habelə xarici ölkələrdə istehsal edilməsi adı ilə saxta qablaşdırılmış “BOÇ”, “Blanco”, “Formil”, “W5”, “AFAMİA” və “Bleacher” kimi yuyucu maddələri istehsal etməklə istehlahçılara xeyli miqdarda ziyan vurmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi