Göyçay. 25 iyun. REPORT.AZ/ Yuxarı Şirvan kanalında naməlum kişi meyiti tapılıb.
"Report"un Şirvan bürosu xəbər verir ki, naməlum şəxsin cəsədi kanalın Göyçay rayonundan keçən hissəsində, Alxansaba ərazisində, kənd sakinləri tərəfindən aşkarlanıb.
Sakinlər cəsədi saat 20:30 radələrində aşkarladıqlarını bildiriblər. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.