Bərdədə avtomobil Yuxarı Qarabağ su kanalına düşüb

Bərdədə avtomobil Yuxarı Qarabağ su kanalına düşüb Hazırda axtarış işləri aparılır
Hadisə
26 Avqust , 2017 08:30
Bərdədə avtomobil Yuxarı Qarabağ su kanalına düşüb

Bakı. 26 avqust. REPORT.AZ/ Bərdədə avtomobil Yuxarı Qarabağ su kanalına düşüb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ su kanalının Bərdə rayonu, Bəcirəvan kəndindən keçən hissəsinə, “VAZ” markalı minik avtomobili düşüb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hazırda axtarış işləri aparılır. Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi