​Azərbaycanda yuxarı instansiya məhkəməsi dövlət ittihamçısının apellyasiya protestini rədd edib

​Azərbaycanda yuxarı instansiya məhkəməsi dövlət ittihamçısının apellyasiya protestini rədd edib Rayon məhkəməsinin bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
28 Avqust , 2015 11:04
​Azərbaycanda yuxarı instansiya məhkəməsi dövlət ittihamçısının apellyasiya protestini rədd edib

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində narkotik vasitələr əldə etməkdə və saxlamaqda təqsirləndirilən Elşad Babayevin işi üzrə məhkəmə prosesi keçirilib. Bu barədə “Report”a E.Babayevin vəkili Paşa Səfərov məlumat verib.

Hakim İlham Həsənovun sədrliyi, hakim Hüseyn Nəbiyevin məruzəsi ilə keçirilən prosesdə Abşeron rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli bəraət hökmündən dövlət ittihamçısının verdiyi apellyasiya protestinə baxılıb.

Məhkəmə apellyasiya protestini rədd edib və Abşeron rayon Məhkəməsinin bəraət hökmünü dəyişdirmədən qüvvədə saxlayıb.

Xatırladaq ki, E.Babayev Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi