Yuxarı

“Yunayted Kredit Bank”ın Mərkəzi Banka qarşı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

Hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub

Bakı. 11 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Azərbaycan Mərkəzi Bankına (AMB) qarşı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, ASC-nin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Mərkəzi Bank “Yunayted Kredit Bank” ASC-ni məhkəməyə verib. AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan “Yunayted Kredit Bank” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, bu il yanvarın 25-də AMB İdarə Heyətinin qərarı ilə “Yunayted Kredit Bank” ASC-nin lisenziyası ləğv edilib. Banka müvəqqəti inzibatçı təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi