Gəncə. 3 yanvar. REPORT.AZ / Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Belə ki, dövlət nömrə nişanlı 20-DE-129 olan “BMW-318” markalı avtomobil, dövlət nömrə nişanlı 20-CK-262 olan “Mercedes-Benz” markalı avtomobil ilə toqquşub. Nəticədə “Mercedes-Benz” markalı avtombilin sərnişini xəsarət alıb.
Hər iki avtomobilə ciddi ziyan dəyib.
İlkin ehtimala görə, avtoqəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.