Yük avtomobillərinin akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb 

Yük avtomobillərinin akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb  Yük avtomobillərinin akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.
Hadisə
23 Fevral , 2023 10:57
Yük avtomobillərinin akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb 

Yük avtomobillərinin akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə müxtəlif vaxtlarda şəhər ərazisində “Daf”, “MAN”, “KamAZ” markalı 4 yük avtomobilindən 6 ədəd akkumulyatorun oğurlanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri Elşən Xankişiyev və Rövşən Familli müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi