Yuxarı
    Bağlamaq

    ​Yujno-Saxalinsk şəhərində azərbaycanlıya qarşı sui-qəsd baş verib

    Cinayəti törətməkdə təqsirli bilinən şəxs hadisə yerindən qaçıb

    Bakı. 7 iyul. REPORT.AZ/ Yujno-Saxalinsk şəhərinin mərkəzində azərbaycanlı öz həmyerlisinin avtomobilinə atəş açıb.

    "Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, hadisə şəhərdəki bankların birinin yaxınlığında baş verib.

    Məlumata görə, 30 yaşlı Azərbaycan əsilli şəxs 27 yaşlı həmyerlisinin avtomobilə atəş açaraq hadisə yerindən qaçıb. Ayağından güllə yarası alan zəzərçəkmiş şəhər xəstəxanasına çatdırılıb və orada yaralıya lazımi tibbi yardım göstərilib.

    Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi