Yolu süpürən qadının avtomobillə vurularaq öldürülməsi ilə bağlı cinayət işi başlanılıb

Yolu süpürən qadının avtomobillə vurularaq öldürülməsi ilə bağlı cinayət işi başlanılıb Sabunçu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
6 Fevral , 2017 18:03
Yolu süpürən qadının avtomobillə vurularaq öldürülməsi ilə bağlı cinayət işi başlanılıb

Bakı. 6 fevral. REPORT.AZ/ Bakıda yolu süpürən qadının avtomobillə vurularaq öldürülməsi hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, Sabunçu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xatırladaq ki, hadisə fevralın 4-də saat 8 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində, Bakı Olimpiya Stadionun qarşısında qeydə alınıb. Burada müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı qadın vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Son xəbərlər

Orphus sistemi