Yolu keçən xanım piyadanı avtomobil vurdu

Yolu keçən xanım piyadanı avtomobil vurdu Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1143
26 Dekabr , 2020 05:37
Yolu keçən xanım piyadanı avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Yolu keçən 1971-ci il təvəllüdlü Qocayeva Samirə Telman qızını avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və burun sümüklərinin sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

İlqar Abdullayev

Son xəbərlər

Orphus sistemi