Yolu keçən piyadanı avtomobil vurub öldürdü

Yolu keçən piyadanı avtomobil vurub öldürdü Azərbaycanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
11 Mart , 2020 22:52
Yolu keçən piyadanı avtomobil vurub öldürdü

Azərbaycanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Astara magistral yolununun Səngəçal qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Tağıyev Sərvər Məşədiağa oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baş beyin əzilməsi (kontuziya) diaqnozu qoyulub.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi