Yuxarı

Bakıda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub - YENİLƏNİB 2

Xəstəxanaya gətirilən 13 nəfər evə buraxılıb

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün aeroport yolunda 160 saylı marşrut avtobusla “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində xəsarət alan şəxslərin adları müəyyənləşib. Bu barədə "Report"a Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib. 

Məlumata görə, xəstəxanaya gətirilən 21 yaralıdan 13 nəfəri evə buraxılıb. Ancaq 8 nəfərin - Məmməd Abbasov, Faiq Cabbarov, Şərəf Həsənov, Sergey Məcidov, Məlikməmməd Şükürov, Həsrət Hüseynov, Samirə Əliyeva, Zərintac Sadıqova xəstəxana şəraitində müalicəsi davam etdirilir. Xəsarət alanlardan biri reanimasiyadadır, ancaq bununla belə, onun və digərlərinin vəziyyəti stabildir.

*** 18:50

Aeroport yolunda 160 saylı marşrut avtobusla "VAZ 2109" markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

*** 18:24

Aeroport yolunda 160 saylı marşrut avtobusla "VAZ 2109" markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində 16 nəfər xəsarət alıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, hadisə yerinə 5 həkim briqadası gedib: "16 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Onlardan üçünün vəziyyəti orta-ağırdır. Onlardan biri əməliyyata götürülüb, iki nəfərin isə vəziyyəti ağırdır".

Hadisə zamanı ölən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi