İstirahət günlərində yol qəzalarında 6 nəfər ölüb

İstirahət günlərində yol qəzalarında 6 nəfər ölüb Son iki gündə daxili işlər orqanları tərəfindən törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.
Hadisə
2 Mart , 2020 12:34
İstirahət günlərində yol qəzalarında 6 nəfər ölüb
pexels.com

Son iki gündə daxili işlər orqanları tərəfindən törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi