Yol qəzasına görə yaranan mübahisə qətllə bitdi - MƏHKƏMƏ

Yol qəzasına görə yaranan mübahisə qətllə bitdi - MƏHKƏMƏ Gəncədə qətl törətməkdə təqsirləndirilən Dajban Nicat Elçin oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
17 İyun , 2020 13:33
Yol qəzasına görə yaranan mübahisə qətllə bitdi - MƏHKƏMƏ

Gəncədə qətl törətməkdə təqsirləndirilən Dajban Nicat Elçin oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elmin Rüstəmovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlu 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlunu küçədə bıçaqlayaraq öldürüb.

Hadisə iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib.

Belə ki, Mirağa Əliyevin idarə etdiyi avtomobillə Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində Dajban Nicat M.Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Dajban Nicata qanunsuz silah saxlama və qəsdən adam öldürmə maddələri ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi